“Real” qarşıdakı transfer pəncərəsində iki futbolçusu ilə vidalaşa bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” müdafiəçilər Raul Asensio və Ferlan Mendini satışa çıxarmağa hazırdır.
Madrid təmsilçisi müdafiə xəttində dəyişikliklər etməyi planlaşdırır. Müvafiq təkliflərin daxil olması hər iki futbolçunun komandadan ayrılmasına yol aça bilər.
Ferlan Mendinin “Real”la müqaviləsinin müddəti 2028-ci il iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 4 milyon avro qiymətləndirilir.
23 yaşlı Asensionun Madrid klubu ilə sözləşməsinin müddəti isə 2031-ci ilin yayına qədərdir. İspaniyalı müdafiəçinin transfer dəyəri 18 milyon avrodur.
