Emin Mahmudov dedi: “Hər kəsdən çox razı qaldım”

01:10 Milli komanda 44
Emin Mahmudov dedi: “Hər kəsdən çox razı qaldım”

“Bütün kollektivə təşəkkürümü bildirirəm. Andorra yığmasına da mənə göstərdiyi hörmətə görə minnətdarlığımı çatdırmaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Emin Mahmudov deyib.

Yarımmüdafiəçi Azərbaycan millisinin Andorra ilə keçirdiyi yoxlama oyununu (3:1) dəyərləndirib:

“Hər kəsdən çox razı qaldım. Azarkeşlərimizə də uzaqda olmağımıza baxmayaraq, mənə ünvanladıqları mesajlara görə təşəkkür edirəm.

Bir qədər həyəcanlı oyun oldu. Erkən qol vurduqdan sonra ilk hissənin sonlarına doğru oyunun gedişatına nəzarəti bir qədər itirdik.

Lakin ikinci qoldan sonra bizim üçün hər şey daha rahat alındı. Yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!