"Sabah" və "Gəncə" nə zaman üz-üzə gələcək?

04:40 Basketbol 54
"Sabah" və "Gəncə" nə zaman üz-üzə gələcək?

Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Qarşılaşmalar noyabrın 21–22-də Bakı İdman Sarayında keçiriləcək.

Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da "Sabah" və "Gəncə" üz-üzə gələcək.

Noyabrın 22-də isə saat 15:00-da "Naxçıvan" – "Neftçi", saat 18:00-da "Landau Lions" – "Ordu" görüşləri baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!