Niyə “Napoli”yə yox, “Barselona”ya keçib? - Braziliyalı hücumçu

00:00 İspaniya 92
Niyə “Napoli”yə yox, “Barselona”ya keçib? - Braziliyalı hücumçu

“Barselona”nın hücumçusu Qabriel Jesus yay transfer dövründə “Arsenal”dan “Napoli”yə keçməyə yaxın olub.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu keçidin reallaşması üçün altı həftə gözləsə də, İtaliya klubu “Arsenal”la razılığa gələ bilməyib.

Bu vəziyyətdən yararlanan “Barselona” transfer danışıqlarına qoşulub və yay transfer pəncərəsinin sonuncu günündə Jesusu cəmi 10 milyon avroya heyətinə qatıb.

Braziliyalı hücumçu cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Xəbərdə adı keçən hər üç klub UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycan çempionu “Sabah”n rəqibləridir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!