Çelenc Kubokunun oyununa təyinat aldı - Şöbə rəhbəri

07:10 Voleybol 41
Çelenc Kubokunun oyununa təyinat aldı - Şöbə rəhbəri

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AVF-dən məlumat verilib.

O, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.

Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli "OFI Crete" komandası Almaniyanın "Helios Grizzlys Gıesen" klubu ilə üz-üzə gələcəklər.

Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!