2026-cı ilin qapısını necə çırpdıq?

08:50 Milli komanda 48
2026-cı ilin qapısını necə çırpdıq?

Azərbaycan millisi 2026-cı ildə son oyununa çıxıb.

Komandamız Enkampda Andorra yığması ilə yoldaşlıq oyunu keçirib və qalib gəlib - 3:1.

Sportinfo.az xəbər verir ki, millimiz 34-cü dəfə ilin son matçında meydana ayaq basıb.

1992-ci ildə yalnız bir oyun keçirən komandamız sonrakı illərdə ən azı 4 dəfə meydana çıxıb.

1992-ci il sentyabrın 17-də Gürcaanidə Gürcüstan yığmasına qarşı keçirilən ilk qarşılaşmanı (3:6) nəzərə almasaq, millimiz 20 dəfə ili məğlubiyyətlə başa vurub.

Yığma 8 halda yeni ilə “sülh”lə girib. 5 dəfə isə ilin son matçında azarkeşlərimiz qələbə sevinci yaşayıblar.

Azərbaycan millisinin illər üzrə keçirdiyi son oyunlar:

08.06.1993. Azərbaycan – Qazaxıstan (U-21) – 3:3 (Tehran)

13.12.1994. Azərbaycan – Fransa – 0:2 (Trabzon)

15.11.1995. Azərbaycan – Polşa – 0:0 (Trabzon)

10.11.1996. Azərbaycan – Macarıstan – 0:3 (Bakı)

11.10.1997. İsveçrə – Azərbaycan – 5:0 (Sürix)

28.11.1998. Azərbaycan – Estoniya – 2:1 (Gəncə)

09.10.1999. Azərbaycan – Slovakiya – 0:1 (Bakı)

11.10.2000. Azərbaycan – Türkiyə 0:1 (Bakı)

07.10.2001. İsveç – Azərbaycan – 3:0 (Stokholm)

20.11.2002. Azərbaycan – Uels – 0:2 (Bakı)

20.12.2003. Səudiyyə Ərəbistanı – Azərbaycan – 1:0 (Ər- Riyad)

17.11.2004. Azərbaycan – Bolqarıstan – 0:0 (Bakı)

12.10.2005. Uels – Azərbaycan – 2:0 (Kardiff)

11.10.2006. Belçika – Azərbaycan – 3:0 (Brüssel)

21.11.2007. Azərbaycan – Belçika – 0:1 (Bakı)

19.11.2008. Azərbaycan – Albaniya – 1:1 (Bakı)

18.11.2009. Azərbaycan – Çexiya – 2:0 (Əl-Ayn)

17.11.2010. Çernoqoriya – Azərbaycan – 2:0 (Podqoritsa)

11.11.2011. Albaniya – Azərbaycan – 0:1 (Tirana)

14.11.2012. Şimali İrlandiya – Azərbaycan – 1:1 (Belfast)

19.11.2013. Qırğızıstan – Azərbaycan – 0:0 (Bişkek)

16.11.2014. Azərbaycan – Norveç – 0:1 (Bakı)

17.11.2015. Azərbaycan – Moldova – 2:1 (Bakı)

11.11.2016. Şimali İrlandiya – Azərbaycan – 4:0 (Belfast)

08.10.2017. Almaniya – Azərbaycan – 5:1 (Kayzerslautern)

20.11.2018. Kosovo – Azərbaycan – 4:0 (Priştina)

19.11.2019. Slovakiya – Azərbaycan – 2:0 (Trnava)

17.11.2020. Lüksemburq – Azərbaycan – 0:0 (Lüksemburq)

14.11.2021. Azərbaycan – Qətər – 2:2 (Bakı)

20.11.2022. Şimali Makedoniya – Azərbaycan – 1:3 (Skopye)

19.11.2023. Belçika – Azərbaycan – 5:0 (Brüssel)

19.11.2024. İsveç – Azərbaycan – 6:0 (Solna)

16.11.2025. Azərbaycan – Fransa – 1:3 (Bakı)

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!