“Artıq kifayət qədər biabır olub, əşyalarını yığ və rədd ol!” - SƏRT REAKSİYA

21:40 Dünya futbolu 107
“Artıq kifayət qədər biabır olub, əşyalarını yığ və rədd ol!” - SƏRT REAKSİYA

Braziliya millisinin sabiq hücumçusu Romario, yığmanın baş məşqçisi Karlo Ançelottinin onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Romario italiyalı mütəxəssisə müraciət edərək onu istefaya çağırmışdı:

“Ançelotti, əşyalarını yığ və rədd ol! Braziliya artıq kifayət qədər biabır olub və daha bir dünya çempionatında riskə gedə bilməz. Turnirdən sonra ağlamağın faydası olmayacaq, hərəkətə keçməyin vaxtıdır!”

Ançelotti isə sabiq futbolçunun fikirlərinə belə münasibət bildirmişdi:

“O, çox danışır. Hər kəs doğru, yalan və ya sadəcə, cəfəngiyat ola biləcək fikirlər səsləndirmək hüququna malikdir”.

Romario bu dəfə sosial şəbəkə hesabında Ançelottiyə belə cavab verib:

“Ançelottiyə demək istəyirəm ki, mən həqiqətən çox danışıram. Çünki söhbət millidən gedəndə mənim sözümün çəkisi, nüfuzum və fikrimi bildirmək haqqım var.

Mən izləyici toplamaq, insanlara xoş görünmək üçün danışmıram. Düşündüklərimi deyirəm. Milli komanda mənim üçün laqeyd qalacağım məsələ deyil!

Uzun illər bu formanı geyinmişəm və sarı formanın bütün dünyada hörmət qazanmasına töhfə verənlərdən biri olduğuma əminəm.

Sabah Paraqvay millisinə uduzmuş Sinqapur yığması ilə qarşılaşacağıq. Paraqvay millisinə hörmətlə yanaşsaq da, onlar 2026-cı il dünya çempionatının seçmə mərhələsində bizimlə eyni sayda xal toplayıblar. Belə səviyyədə futbol oynamağa haqqımız yoxdur.

Siz futbolumuza heç bir yenilik gətirməmisiz. Bir daha deyirəm: istefa verin! Sizdən daha yaxşı işləyəcək başqa məşqçi taparıq. Bunu üzünüzə deyirəm,

Braziliya Futbol Konfederasiyasının prezidentinə gizli mesajlar göndərərək yox. Guya sizi çoxdan vəzifədən azad etmək lazım olduğunu ona demirəm”.

Digər Xəbərlər
Xəbər Lenti