Beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşdü

04:20 Voleybol 32
Beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək qızlardan ibarət U-16 yığmasının üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə AVF-dən məlumat verilib.

Qarayev bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli oyunçuların gələcəkdə əsas millinin heyətində yer alacaqlarına ümidini ifadə edib.

Vitse-prezident voleybolçulara hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. O, voleybolçuların yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!