"Kəpəz" səfərin öncəsi "Qarabağ"dan iki pis, bir xoş XƏBƏR VAR

22:20 Qarabağ 48
"Kəpəz" səfərin öncəsi "Qarabağ"dan iki pis, bir xoş XƏBƏR VAR

Milli fasilə bu həftə başa çatır.

Premyer Liqanın 12-ci turunda "Qarabağ"ı çətin "Kəpəz" səfəri gözləyir.

Bu qarşılaşma öncəsi Ağdam təmsilçisinin heyətində ciddi itkilər var.

Uzun müddətdir zədəsinin bərpası ilə məşğul olan Elvin Cəfərquliyev hələ də komanda ilə məşqlərə qoşulmayıb.

Müdafiəçi hazırlığını fərdi şəkildə davam etdirir.

Onunla yanaşı, bir başqa əsas heyət üzvü Bense Varkonyinin durumu ürəkaçan deyil.

Macarıstanlı legioner millidən zədəli qayıdıb.

24 yaşlı stoper də hələlik kollektiv məşqlərdə iştirak etmir, fərdi qaydada çalışır.

Qurban Qurbanovu sevindirən məqam isə uzun müddətdir zədədən əziyyət çəkən Bəhlul Mustafazadənin artıq komanda ilə tam məşqlərə başlamasıdır.

Müdafiəçi Gəncə səfəri üçün heyətdə yer alacaq. Baş məşqçi şans verərsə, əsas heyətdə də meydana çıxa bilər.

Xüsusilə son dövrlər "Qarabağ"ın əsas heyət üzvlərindən birinə çevrilən Varkonyinin yoxluğu fonunda eyni mövqedə çıxış edən Bəhlulun sıraya qayıtması Qurban Qurbanovun üzünü güldürə bilər.

Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu 22 noyabr, 17:00-da start götürəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti