Azərbaycana gələn milli oyunçu bu qədərini gözləmirmiş!

17 Noyabr 21:00 Kəpəz 465
Azərbaycana gələn milli oyunçu bu qədərini gözləmirmiş!

Hələ ki, mövsümün sürpriz komandası kimi “Kəpəz” diqqətləri üzərinə çəkməkdədir.

Qazanılan qələbələrdə bəzi legionerlərin böyük əməyi var.

Çempionatın startından etibarən komandasının əsas fiqurlarından birinə çevrilən Moldova millisinin üzvü Viktor Stina universal oyun üslubu ilə seçilir.

Müxtəlif mövqelərdə çıxış edə bilən 28 yaşlı yarımmüdafiəçi hücumdakı fəallığı ilə azarkeşlərin rəğbətini qazanıb.

Təsadüfi deyil ki, Gəncə komandasının “11 nömrə”si cari mövsümdə Premyer Liqada və Azərbaycan kubokunda meydana çıxdığı 10 qarşılaşmada 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb və bəzi qolların vurulmasında yaxından iştirak edib.

Viktor mövsümə belə uğurlu başlayacağını gözləmirmiş. Futbolçu üçün bu nəticə əsl sürpriz olub.

O, Sportinfo.az-a açıqlamasında öz çıxışı və mövsümün startı ilə bağlı fikirlərini bölüşüb:

“Açığı, belə başlanğıc mənim üçün gözlənilməz oldu. Yeni ölkə, yeni komanda, yeni mühit.

Adaptasiya ilə bağlı müəyyən qədər vaxt itirəcəyimi düşünürdüm. Şükürlər olsun, hər şey mənim və komandam üçün əla başladı.

Üç qol vurmuşam, bir qədər dəqiqlik göstərsəydim, azı bu qədər də vura bilərdim. Vəziyyətin bu cür alınmasının səbəbkarı məşqçilər, futbolçu yoldaşlarım və klubda çalıçanlardır.

Gəldiyim gündən özümü rahat və sanki neçə illərdir “Kəpəz”də oynayırammış kimi hiss etdim. Bundan sonra daha yaxşı olacağına ümid edirəm”.

Premyer Liqada 10 oyun keçirən “Kəpəz” 17 xalla 6-cı pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti