Braziliyalı futbol ulduzu Neymar şəxsi həyatı ilə bağlı yayılan sevgi münasibəti iddialarına aydınlıq gətirib.
34 yaşlı futbolçu Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka ilə münasibətdə olması barədə xəbərləri qəti şəkildə təkzib edib.
Söz-söhbətlər noyabrın 6-da Formula 1 üzrə Braziliya Qran-prisi çərçivəsində keçirilən özəl tədbirdən sonra ikilinin birlikdə görüntülənməsi ilə başlayıb.
Əvvəlcə hər iki tərəfin nümayəndələri iddiaların həqiqəti əks etdirmədiyini bildirsə də, Neymar özü də açıqlama vermək qərarına gəlib:
“Adətən sosial şəbəkə hekayələrimdə bu cür mövzulara toxunmuram, amma bu dəfə həddi aşdılar! Başqa biri ilə münasibətdə olduğuma dair əsassız xəbərlər yayılır və bunu qəti şəkildə təkzib edirəm.
İnsanların həqiqətlərdənsə, adlar üzərindən yaradılan şişirdilmiş hekayələrə maraq göstərməsi həqiqətən üzücüdür.
Komandam məsələ ilə bağlı artıq lazımi açıqlamanı vermişdi, lakin mən də şəxsən danışmaq məcburiyyətində qaldım. Hamınıza sevgilərimi göndərirəm!”

