Səmimi açıqlamalar: “Ora mənim yerim deyildi” - VİDEO

Səmimi açıqlamalar: “Ora mənim yerim deyildi” - VİDEO

“Sportinfo TV”də “Futbol Masası” verilişinin növbəti buraxılışı efirə gedib.

Proqramın budəfəki qonağı Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov olub.

Aparıcı Həbib Aslanovun suallarını cavablandıran hazırkı məşqçi veriliş ərzində bir sıra maraqlı açıqlamaları ilə diqqət çəkib.

Nadirov Azərbaycanı tərk etməyə hazırlaşdığını bildirib, 16 il əvvəl Türkiyə üzərində qazanılan əzmkar qələbənin pərdəarxası məqamlarına aydınlıq gətirib.

Eyni zamanda yığmamızın sabiq çalışdırıcısı Berti Foqtsla bağlı maraqlı faktları dilə gətirib, uşaq futbolunda gördüklərindən danışıb, bir neçə il əvvəl TikTok platformasında qatıldığı verilişdə yol verdiyi yanlış addımı da səmimi şəkildə etiraf edib.

Sabiq futbolçu Azərbaycan millisinin hazırkı durumunu dəyərləndirib, ölkənin Birinci və İkinci Liqalarında mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.

“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.

“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.

“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti