Ölkənin ikinci yığmasının qapıları Birinci Liqa futbolçularının üzünə açıldı

17 Noyabr 23:40 Milli komanda 157
Ölkənin ikinci yığmasının qapıları Birinci Liqa futbolçularının üzünə açıldı

Rəşad Eyubovun rəhbərliyi altında formalaşan U-21-in işində diqqət çəkən istiqamətlərdən biri futbolçu seçiminə yanaşmadır.

Kömıəkçisi Rəşad Hüseynovun əvvəlki məşqçilik təcrübəsinə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi”dəki fəaliyyəti daxildir. O, “Sabah”ın əsas komandasında baş məşqçinin köməkçisi kimi də çalışıb.

Qara Qarayev isə Azərbaycan futbolunda uzun illər “Qarabağ”ın formasını geyinmiş, daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış etmiş biridir. Onun analitik kimi fəaliyyətə başlaması futbolçu təcrübəsinin oyun təhlili və hazırlıq prosesinə ötürülməsi baxımından maraqlı addımdır.

Məşqçi heyətində fiziki hazırlıq üzrə məşqçi Turcay Əhmədovun da fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Müasir futbolda gənc futbolçuların inkişafı yalnız texniki və taktiki hazırlıqla məhdudlaşmır.

Oman ilə yoldaşlıq görüşlərində məşqçilərin futbolçu seçimində diqqət çəkən məqam isə Birinci Liqada çıxış edən oyunçulara verilən şansdır.

Noyabr toplanışına dəvət olunmuş futbolçular arasında “Gəncəbasar”ı təmsil edən Səlim Həşimov və Dinamin Bağırov, “Mingəçevir”dən Hüseyn Hüseynov və Elnur Mustafayev, “Zaqatala”dan Allahverdi Rəhimov, “Şimal”dan Ceyhun Kəlbəliyev və Niyazi Osmanov, “Baku Sportinq”dən Elşən Hidayətov yer alıb.

Bu futbolçuların dəvəti göstərir ki, komandanın seçim dairəsi yalnız Premyer Liqa klubları və tanınmış akademiyalarla məhdudlaşmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!