Hazırkı baş məşqçini əvəz edəcək əsas namizəd odur - “Barselona”da

18:40 İspaniya 46
Hazırkı baş məşqçini əvəz edəcək əsas namizəd odur - “Barselona”da

İspaniya millisinin sabiq futbolçusu, hazırda “Komo”nu çalışdıran Sesk Fabreqas “Barselona”nın baş məşqçisi postuna gətirilə bilər.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Hans-Diter Flikin komandadan ayrılacağı təqdirdə, Fabreqas onun əsas əvəzləyicisi hesab olunur.

İspaniyalı mütəxəssis 2024-cü ilin yayından “Komo”nun baş məşqçisidir. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2028-ci il iyunun sonunda başa çatacaq.

Flik isə 2024-cü ilin iyulundan “Barselona”ya rəhbərlik edir. Almaniyalı mütəxəssisin Kataloniya klubu ilə müqaviləsinin müddətinin bitməsinə daha iki il var.

Onun komandası Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti