Tərlan Əhmədova 55 yaşında xüsusi hədiyyə verdilər

08:40 Hadisə 68
Tərlan Əhmədova 55 yaşında xüsusi hədiyyə verdilər

Azərbaycan millisinin sabiq kapitanı, tanınmış futbolçu və məşqçi Tərlan Əhmədovun bu gün 55 yaşı tamam olub.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu yubileyini dostlarının əhatəsində qeyd edib.

Tədbirdə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov da iştirak ediblər.

Yubiley münasibətilə Mahmud Qurbanov Tərlan Əhmədova üzərində adı, soyadı və 55 nömrəsi yazılmış xüsusi futbol forması hədiyyə edib. Veteran futbolçular xatirə şəkli çəkdiriblər.

Yayılan videogörüntülərdə Əhmədovun dostları ilə birlikdə süfrə ətrafında toplaşdığı və yubiley tortunun hazırlandığı görünür.

1971-ci il noyabrın 17-də anadan olan Tərlan Əhmədov futbolçu karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Turan” və digər klubların formasını geyinib. O, Azərbaycan millisində 75 oyun keçirib, 1999-2005-ci illərdə yığmanın kapitanı olub.

Əhmədov məşqçi kimi “Neftçi”, AZAL, “Keşlə” və “Kəpəz” klublarında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!