“Araz-Naxçıvan” Misli Premyer Liqasının 12-ci turunda “Neftçi” ilə keçirəcəyi oyuna hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, klubun yaydığı məlumata görə, ötən tur zədə səbəbindən meydana çıxa bilməyən Alberto Fernandes məşqlərə qayıdıb.
Mustafa Əhmədzadə isə fərdi qaydada fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını yerinə yetirib.
Həmçinin millinin düşərgəsində olan Ağadadaş Salyanskinin sabah komandaya qoşulacağı bildirilib.
