Moldova millisi UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Farer adalarının qonağı olan komanda 0:1 hesabı ilə uduzub.
Moldova millisinin heyətində "Turan Tovuz"un futbolçusu Denis Marandiçi 79-cu, "Kəpəz"in üzvü Viktor Stina isə 46-cı dəqiqədə meydana daxil olub.
Farer adaları millisində qolu Aki Samuelsen 24-cü dəqiqədə vurub.
Bu nəticədən sonra Moldova millisi 7 xalla qrupda üçüncü, Farer adaları isə 8 xalla ikinci yeri tutub.
