İspaniya millisinin və “Atletiko”nun yarımmüdafiəçisi Aleks Baena karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
“Topçular” ispaniyalı oyunçunun çıxışını yaxından izləyirlər.
Aleks Baena ötən ilin yayından “Atletiko”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonunda başa çatacaq.
“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
