“Qarşılaşma kifayət qədər maraqlı alındı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Andorra ilə yoxlama matçı (3:1) haqda açıqlamasında Mahir Emreli deyib.
Millinin hücumçusu qələbəni dəyərləndirib:
“Hər iki komanda hücum etməyə çalışır, meydanda gərgin mübarizə gedirdi. Erkən qol vurmağımız qələbədə mühüm rol oynadı.
Gənc futbolçular da meydana çıxdılar və özlərini çox yaxşı tərəfdən göstərdilər.
Məncə, hər kəs sona qədər mübarizə apardı. Yoldaşlıq görüşü olsa da, bu oyunun bizim üçün xüsusi əhəmiyyəti var idi”.
