Qurban Qurbanovun ilk TRANSFER CƏHDİ - Qış bazarlığı

10:40 Qarabağ 88
Qurban Qurbanovun ilk TRANSFER CƏHDİ - Qış bazarlığı

Əvvəlki mövsümlərdə “Qarabağ”ın əsas üstünlüklərindən biri topa nəzarətlə yanaşı, top itkisindən sonra dərhal təzyiq göstərməsi idi.

Komanda topu itirdikdən sonra rəqibin sürətli hücuma çıxmasına imkan verməməyə çalışır, əksər hallarda topu qısa müddətdə geri qazanırdı.

Hazırkı heyətdə isə bu mexanizmin əvvəlki səviyyədə işləməsi üçün vaxt lazımdır.

Yeni futbolçuların hər biri fərqli futbol məktəbindən, fərqli taktiki sistemlərdən gəlib. Onların pressinq zamanı məsafələri, müdafiə keçidində mövqelənməsi, ikinci toplara reaksiyası və hücumda qərarvermə sürəti eyni səviyyədə deyil.

Məhz buna görə kollektiv daxilində oyun əlaqələrinin formalaşması vacibdir.

Mövcud vəziyyəti nəzərə alaraq, qış transfer pəncərəsində klubun hər mövqeyə futbolçu cəlb etməsi vacib deyil. Əsas məsələ konkret oyun ehtiyaclarını müəyyənləşdirməkdir.

Qurban Qurbanova ilk növbədə fərdi keyfiyyətləri yüksək olan, birəbir mübarizələrdə üstünlük yarada bilən vinger lazımdır.

Bu futbolçu yalnız sürətli qaçmaqla kifayətlənməməlidir. O, dar zonalarda top saxlamağı, rəqib müdafiəçini aldatmağı, son ötürməni verməyi və qol vəziyyətlərini özü yaratmağı bacarmalıdır.

Andrade və Duranın gedişindən sonra bu profilə ehtiyac daha aydın görünür.

Bəhlul Mustafazadənin zədə problemi və Elvin Cəfərquliyevin uzunmüddətli yoxluğu nəzərə alınaraq müdafiə xəttində də rotasiya dərinliyi vacibdir.

Ancaq burada yeni transferdən əvvəl mövcud futbolçuların bərpa müddəti və gələcək oyun yükü nəzərə alınmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!