Çempionluq ehtimalı hamıdan yüksəkdir - “Sabah”ın rəqibinin

01:40 İspaniya 51
Çempionluq ehtimalı hamıdan yüksəkdir - “Sabah”ın rəqibinin

“Opta” superkompüteri İspaniya La Liqasında 12 turdan sonra çempionluğa iddialı komandaların şansını hesablayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hesablamalara əsasən, mövsümün sonunda çempion olmaq ehtimalı ən yüksək olan komanda “Barselona”dır.

Kataloniya klubunun çempionluq şansı 64,3 faiz qiymətləndirilib.

2-ci pillədə yer alan “Real”ın isə çempionluq ehtimalı 31,6 faizdir. İlk üçlüyü 4 faizlə “Atletiko” tamamlayır.

Hazırda turnir cədvəlinə 33 xalla “Barselona” başçılıq edir. “Real” 30 xalla 2-ci, “Atletiko” isə 28 xalla 3-cü yerdədir.

”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında oyun 25 noyabrda, Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!
10 Noyabr 04:30 "Zəfər Kuboku" keçirildi