3:1-i necə qazanmışıq?

03:20 Milli komanda 49
3:1-i necə qazanmışıq?

Azərbaycan millisinin Andorra ilə səfər oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz 3:1 hesablı qələbə qazansa da, rəqəmlər bunun asan başa gəlmədiyindən xəbər verir.

Belə ki, statistik göstəricilərə əsasən, başabaş mübarizə gedib. Qapı istiqamətinə zərbə sayında millimiz rəqibini cəmi 1 zərbə qabaqlayıb. Bu, “çərçivə”yə zərbə sayında da keçərlidir.

Topa sahib olma faizində və ötürmə sayında isə Andorranın üstünlüyü olub.

Andorra – Azərbaycan

Qollar – 1:3

Zərbələr – 15:16

“Çərçivə”yə zərbələr – 5:6

“Çərçivə”yə düşməyən zərbələr – 6:5

Bloklanan zərbələr – 4:5

Künc zərbələri – 6:2

Oyundankənar vəziyyət – 0:4

Topa sahibolma faizi – 55:45

Ötürmələr – 501:415

Dəqiq ötürmələr – 421:347

Ötürmələrin dəqiqlik faizi – 84:84

Qapıçı seyvi – 3:4

Sarı vərəqələr – 0:1

Cərimə zərbələri – 8:7

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!