“Real”da “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer edə biləcəklərinə inanırlar.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres norveçli forvardı cari mövsümün sonunda heyətə qatacağına şübhə etmir.
Bu məlumatı yaxınlarda Pereslə nahar edən şəxs mətbuata sızdırıb.
26 yaşlı hücumçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 14 oyunda meydana çıxıb və eyni sayda qol vurub.
Halandın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 220 milyon avro qiymətləndirir.
