“Mənim üçün Allah sevgidir, İsa Məsih olmaq istəyirəm”

23:20 Sabah 39
“Mənim üçün Allah sevgidir, İsa Məsih olmaq istəyirəm”

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç dini inancı, barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı polşalı futbolçu Maya Strelçikin “Autochwile” podkastında Allaha inamının həyatında mühüm yer tutduğunu bildirib.

Puxaç həmişə inanclı olduğunu, lakin son dövrlərdə həyatında ciddi mənəvi dəyişikliklər baş verdiyini açıqlayıb.

Onun sözlərinə görə, həyat yoldaşı Oliviya ilə tanışlığı bu prosesə böyük təsir göstərib.

“Oliviya ilə tanış olanda əsl sevgini tapdığımı hiss etdim. Mənim üçün Allah sevgidir.

Həyat yoldaşımla Allaha olan sevgim arasında güclü bağlılıq var. Bu yaxınlarda dedim ki, İsa Məsih kimi olmaq istərdim. Sadəcə, hamıya yaxşılıq etmək istəyirəm” - deyə, bildirib.

Digər Xəbərlər
Xəbər Lenti