“Yavaş-yavaş öz oyunumuzu tapırıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Rakuv”da çıxış edən Mahir Emreli deyib.
Hücumçu hazırda çıxış etdiyi Polşa klubui barədə danışıb:
“Rakuv”da yeni baş məşqçinin gəlişindən sonra sistem də daha yaxşı “oturuşub”. Futbolçu müntəzəm oynayanda daim formada olur.
Komanda nəticə baxımından çətinlik çəksə belə, müntəzəm oyun praktikası futbolçunun özünəinamına müsbət təsir göstərir.
“Rakuv”a keçməkdə əsas məqsədlərimdən biri də əvvəlki klubumla müqayisədə daha çox oynamaq idi. Hələlik hər şey yaxşı gedir.
Son üç oyunumuzda qələbə qazanmışıq. Həftəsonu derbidə də qələbə qazanmağa çalışacağıq”.
