Azərbaycandan Ukrayna millisinə çağırılan və matça çıxan ilk oyunçu - “Qarabağ”dan

19:20 Qarabağ 34
Azərbaycandan Ukrayna millisinə çağırılan və matça çıxan ilk oyunçu - “Qarabağ”dan

Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Ukrayna yığmasının heyətində Şimali İrlandiyaya qarşı keçirilən UEFA Millətlər Liqası oyununda meydana çıxmaqla bunu bacarıb.

Belfastda baş tutan və Şimali İrlandiyanın 1:0 hesablı qələbə qazandığı qarşılaşmaya start heyətində çıxan 26 yaşlı futbolçu 90+1-ci dəqiqədə əvəzlənib.

Bununla Kaşuk Azərbaycan çempionatından Ukrayna millisinə çağırılan və matça çıxan ilk oyunçu olub.

O, həm də Ukrayna yığmasının formasını geyinən 357-ci futbolçu kimi də tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti