25 milyon avroluq maaş təklif edildi - Fransalı vingerə

00:10 Almaniya 101
25 milyon avroluq maaş təklif edildi - Fransalı vingerə

“Bayern” vingeri Maykl Olise ilə müqavilənin müddətini uzatmaq üçün danışıqları davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya çempionu fransalı futbolçunun uzunmüddətli gələcəyini Münhen klubunda görür.

“Bayern” yarımmüdafiəçiyə illik təxminən 25 milyon avro maaş təklif edib.

Münhen təmsilçisi Oliseni komandanın əsas oyunçularından biri hesab edir və yeni müqavilə ilə bağlı razılığa yaxın vaxtda gəlmək istəyir.

24 yaşlı futbolçu 2024-cü ildən “Bayern”də çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2029-cu il iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 180 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!