Azərbaycan millisi ardıcıl ikinci qələbəsini qazanıb.
Bu dəfə yığmamız yoxlama görüşündə Andorranı 3:1 hesabı ilə məğlub edib.
Matçda baş məşqçi Ayxan Abbasov bir neçə gənc futbolçuya şans verib.
Görüşün digər diqqətçəkən məqamı isə kapitan Emin Mahmudovun milli komandadakı karyerasını başa vurması olub.
Bundan başqa, dünən Maltanın Cəbəllütariqlə heç-heçə etməsi yığmamızın Millətlər Liqasının D divizionunda qalibi olmaq şansını da aradan qaldırıb.
Beləliklə, D divizionunu ikinci pillədə başa vuran millimiz AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq imkanını itirib.
Xanoğlan İmanovun "Sportinfo TV" üçün hazırladığı növbəti videoda həm Andorra üzərində qazanılan qələbə, həm də D divizionunun qalibi ola bilməməyimizlə bağlı fikirlər yer alıb.
Videonu izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
