“Mançester Yunayted”in hücumçusu Cey-Cey Qabriel karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportinfo.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, 16 yaşlı futbolçu “Real”a keçəcək.
“Kral klubu” bu transferə görə “qırmızı şeytanlar”a 360 min avro ödəyəcək. Qabriel Madrid təmsilçisi ilə müddəti 3 il olan müqavilə imzalayacaq.
Qaydalarla əlaqədar olaraq, ingiltərəli forvard yanvara qədər “Kastilya”nın heyətində çıxış edə bilməyəcək. Həmin vaxta qədər o, “Real”ın gənclər komandasında oynayacaq.
Hücumçu UEFA Gənclər Liqasında “Sabah”a qarşı keçirilən və “qırmızı şeytanlar”ın 5:0 hesablı qələbəsi ilə başa çatan matçda het-trik edib.
İspaniya çempionatında 12 turdan sonra 30 xalı olan “Real” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
