“Nişanlım rəsmi nikahda deyilik, ona görə də Azərbaycanda birlikdə yaşaya bilməzdik”

17 Noyabr 20:20 Qarabağ 405
“Nişanlım rəsmi nikahda deyilik, ona görə də Azərbaycanda birlikdə yaşaya bilməzdik”

“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Polşanın “Veçista”ya (Krakov) gözlənilməz keçidinin səbəblərini yenidən izah edib.

Bu dəfə 26 yaşlı kiper Azərbaycandakı şəxsi həyatının xüsusiyyətlərinə toxunaraq yerli dini və mədəni adətlərin guya nişanlısı ilə birlikdə yaşamasına imkan vermədiyini iddia edib.

Sportinfo.az xəbər verir ki, o, Polşanın “Przegląd Sportowy Onet” nəşrinə müsahibəsində “Qarabağ”da çıxış etdiyi müddətdə sevgilisinin Polşada təhsilini davam etdirdiyini və Bakıya yalnız bir-iki aydan bir, özü də qısa müddətə gələ bildiyini söyləyib.

“Nişanlım ayda bir və ya iki aydan bir yanıma gəlirdi. O, Polşada təhsil alırdı və bir neçə gündən artıq qala bilmirdi.

Biz rəsmi nikahda deyilik, buna görə də oradakı dini və mədəni adətlər səbəbindən birlikdə yaşaya bilməzdik”.

Digər Xəbərlər
Xəbər Lenti