“İndi çox çalışmağa davam edəcəm, milliyə yenə dəvət alacam”

01:50 Milli komanda 43
“İndi çox çalışmağa davam edəcəm, milliyə yenə dəvət alacam”

"Andorra ilə oyuna yaxşı hazırlaşmışdıq.

Yoldaşlıq oyunu olsa da, qalib gəlmək istəyirdik - axı biz milli komandanın formasını geyinir və bu formada Azərbaycan bayrağını daşıyırıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni üzvü Eşqin Əhmədov deyib.

21 yaşlı yarımmüdafiəçi Andorra ilə keçirilən yoldaşlıq matçında (3:1) millidə debüt edib və qol vurmağı da bacarıb. O, bu barədə də hisslərini bölüşüb:

"Bizə yalnız qələbə lazım idi. Mən də ilk oyunumda qol vurmağı bacardım və çox xoşbəxtəm. Debüt etmək və qol vurmaq mənim üçün həqiqətən sevincli anlardır".

Gənc futbolçu millidən dəvət almasına çox sevindiyini də bildirib:

"Qol vuranda da eyni hissləri yaşadım. Qol vurmaq həqiqətən xüsusi bir hissdir.

İndi çox çalışmağa davam edəcəyəm. Ümid edirəm ki, milli komandaya yenə dəvət alacam.

Buna nail olmaq üçün qollar vuracağam, məhsuldar ötürmələr edəcəyəm və klubumda yaxşı oynayacağam. Bunun üçün çox çalışacağam".

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!