"Daim oynamaq istərdim, amma öz şansımı səbirlə gözləyirəm"

12:20 İspaniya 81
"Daim oynamaq istərdim, amma öz şansımı səbirlə gözləyirəm"

Xorvatiyalı qapıçı Dominik Livakoviç cari mövsümdə “Barselona”ya qoşulan futbolçulardan biridir. Kataloniya klubu 30 yaşlı qolkiperin transferi üçün “Fənərbaxça”ya 2 milyon avro ödəyib.

Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, Livakoviç yeni komandasında çıxış etməkdən məmnun olduğunu bildirib:

“Barselona”da oynamaq imkanım olduğu üçün çox qürurluyam. Artıq bir oyunda da meydana çıxmışam.

Özümü yaxşı hiss edirəm, məşqlərimi davam etdirirəm. Burada məşqlər çox ağır keçir.

Çünki klubda dünyanın ən yaxşı futbolçuları toplaşıb. Daim oynamaq istərdim, amma öz şansımı səbirlə gözləyirəm”.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti