"Bu, heç də asan deyil".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in sabiq kapitanı Yeqor Xvalko deyib.
Hazırda karyerasını Qazaxıstan təmsilçisi "Atrau"da davam etdirən belaruslu müdafiəçi Qazaxıstan və Azərbaycan futbolunu müqayisə edib.
Onun fikrincə, hansı ölkənin çempionatı daha güclüdür? Xvalkonu dinləyək:
"İlk növbədə komandaların sayını qeyd edərdim. Qazaxıstan çempionatında 16, Azərbaycanda isə 12 klub çıxış edir.
İkinci fərq logistika ilə bağlıdır. Səfər oyunlarına təyyarə ilə gedirik, bəzən hətta tranzit uçuşlar da olur.
Çox vaxt ya istirahət gününü, ya da bərpa üçün nəzərdə tutulan vaxtı itirirsən. İnfrastruktur baxımından isə düşünürəm ki, hər iki ölkədə vəziyyət təxminən eynidir.
Məncə, "Qarabağ" və "Sabah" digər səviyyəli komandalardır. Onların səviyyəsini nəzərə alsaq, Azərbaycan çempionatının bir qədər güclü olduğunu düşünürəm.
Hər halda artıq ikinci ildir ki, Azərbaycan komandası ardıcıl olaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanır. Bir də Qazaxıstanda legioner limiti var - 10 futbolçu.
Azərbaycanda isə belə bir limit yoxdur. Bu səbəbdən Azərbaycan çempionatında daha çox yüksək səviyyəli legionerə rast gəlmək mümkündür".
