“Messi nə vaxt istəsə, onu burada görməkdən məmnun olarıq”

00:20 Dünya futbolu 74
“Messi nə vaxt istəsə, onu burada görməkdən məmnun olarıq”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni, Lionel Messinin istədiyi vaxt yığmanın məşqçilər heyətinə qoşula biləcəyini deyib.

Sportinfo.az “Motivaciones Futbol”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messini istənilən vəzifədə millidə görməkdən məmnun olacaqlarını bildirib:

“Düşünürəm ki, o, 2030-cu ildən sonra da futbol oynamağa davam edəcək. Ancaq indi Valter Samuel (köməkçi məşqçi) komandadan ayrıldığı üçün Messi nə vaxt istəsə, onu burada görməkdən məmnun olarıq”.

Messi bu ilin oktyabrında Benin yığması ilə keçirilən yoxlama oyununda (3:0) Argentina millisinin heyətində vida matçına çıxıb. Bundan sonra o, diqqətini “İnter Mayami”dəki çıxışına yönəltmək qərarına gəlib.

Argentina millisi sabah Kosta-Rika yığması ilə yoxlama oyunu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!