Azərbaycan Avro-2028-in “pley-off”una vəsiqə qazanmaq şənsını itirdi - Bir qola görə

16:20 Milli komanda 46
Azərbaycan Avro-2028-in “pley-off”una vəsiqə qazanmaq şənsını itirdi - Bir qola görə

Malta UEFA Millətlər Liqasının D Liqasından Avro-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından üstünlük əldə edib.

Sportinfo.az xəbər verir ki, Maltanın noyabrın 16-da səfərdə Cəbəllütariqlə 1:1 hesablı heç-heçə etməsi D Liqasından pley-off üçün ayrılan yeganə yer uğrunda mübarizədə bu komandanı Azərbaycan millisindən üstün edib.

Hər iki yığma Millətlər Liqasının qrup mərhələsini 8 xalla və müsbət 2 top fərqi ilə başa vurub. Lakin Malta 5, Azərbaycan isə 3 qol vurub.

Futbol statistikası üzrə ixtisaslaşmış “Football Meets Data” Azərbaycan millisinin Lixtenşteynlə (FİFA reytinqində 207-ci yer) iki oyunda cəmi bir qol vurmasına diqqət çəkib.

Qeyd olunub ki, millimiz həmin görüşlərdə daha bir qol vursaydı, üstünlük Azərbaycana məxsus olacaqdı.

Malta D Liqasından pley-off üçün ayrılan yer sayəsində öz qrupunda qalib olmayan A Liqası komandalarından da üstün mövqedədir.

“Football Meets Data”nın simulyasiyalarına əsasən, Maltanın Avro-2028-in pley-off mərhələsinə yüksəlmək ehtimalı 73 faizdir. Malta millisi indiyədək nə dünya, nə də Avropa çempionatının final mərhələsində iştirak edib.

Malta hələ Avro-2028-in pley-offuna rəsmən vəsiqə qazanmayıb.

Əgər Millətlər Liqasının A, B və C Liqalarının qrup qalibi paralel olaraq Avro-2028-in seçmə mərhələsində öz qruplarında ilk iki yerdən birini də tutub yarışa birbaşa vəsiqə qazansa, o zamanda Malta pley-off-da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti