“Qarabağ”da qış təmizliyi: İki nəfər yol üstədir - SON DƏQİQƏ

20:00 Qarabağ 127
“Qarabağ”da qış təmizliyi: İki nəfər yol üstədir - SON DƏQİQƏ

“Qarabağ”da ayrılıqların olacağı qaçılmaz görünür.

“Köhlən atlar”ın çempionatda əldə etdiyi nəticələr bir tərəfə, komandanın əvvəlki oyunundan uzaq düşməsi Qurban Qurbanovu narahat etməyə bilməz.

Təcrübəli mütəxəssis qış fasiləsində bəzi futbolçuların komandanı tərk etməsinə etiraz etməyəcək. Siyahının başında isə iki nəfərin adı var - Marko Yankoviç və Joni Montiel.

Hər iki solaxay yarımmüdafiəçinin qış fasiləsində “Qarabağ”ı tərk etməsi kifayət qədər real görünür.

Bu, onların əvvəlki formalarından uzaq düşməsi və cari mövsümdə gözləntiləri doğrultmaması ilə bağlıdır. Üstəlik, gələn ilin iyun ayında hər ikisi ilə müqavilənin müddəti başa çatacaq.

Yankoviçin vəziyyəti təkcə göstərdiyi oyuna görə çətinə düşməyib.

“Qəbələ” ilə oyunda Mateus Silva ilə yaşadığı qalmaqaldan sonra komandadakı gələcəyini müəyyən mənada sual altına salıb.

Elvin Cəfərquliyev də yayda müqaviləsi başa çatan futbolçulardandır. Lakin hazırda zədəli olması və yaşıl meydanlara nə vaxt qayıdacağının bəlli olmaması müəyyən suallar yaradır.

Elvin əvvəlki formasında olsaydı, bəlkə də qışda hansısa klubun təzminat ödəyərək onu heyətinə qatması mümkün idi. Ancaq indiki durumda çətin ki, hər hansı klub yanvarda bu keçid üçün pul xərcləməyə həvəs göstərsin.

Odur ki, hazırda diqqətlər iki legionerin üzərində cəmlənib. Qış fasiləsində onların “Qarabağ”ın onlarla yollarını ayırması kifayət qədər realdır.

“Köhlən atlar”ın yanvarda Marko ilə Joninin hansısa kluba keçidindən müəyyən qədər pul qazanması da inandırıcıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti