Azərbaycan millisi tarixində 8-ci dəfə noyabrın 16-da meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, komandamız yoldaşlıq oyunu çərçivəsində Andorranın qonağı olub və 3:1 hesablı qələbə qazanıb.
Müstəqilliyin ilk ilindən bəri millimiz 7 fərqli ildə məhz bugünkü tarixdə çıxış edib. Maraqlıdır ki, 2022-ci ildən bəri ardıcıl hər il bu tarixə matç təsadüf edir.
16 noyabrı yığmamız üçün heç də düşərli saymaq olmaz. Çünki 7 qarşılaşmanın 4-də rəqiblər qələbə qazanıblar. Digər matçların 2-də qalib gələn komandamız 1 dəfə isə heç-heçə edib. Xüsusən də, 2023-cü ildə rəsmi oyunda İsveç üzərində tarixi qalibiyyəti qeyd etmək lazımdır.
Millimiz indiyə qədər noyabrın 16-da yalnız 1 dəfə yoldaşlıq oyununa çıxıb. Onda da səfərdə Moldova üzərində qələbə qazanılıb.
Millimizin 16 noyabrda keçirdiyi oyunlar:
1994-cü il. AÇ-1996: Azərbaycan – İsrail – 0:2 (Trabzon)
2014-cü il. AÇ-2016: Azərbaycan – Norveç – 0:1 (Bakı)
2019-cu il. AÇ-2020: Azərbaycan – Uels – 0:2 (Bakı)
2022-ci il. Yoldaşlıq oyunu: Moldova – Azərbaycan – 1:2 (Kişinyov)
2023-cü il. AÇ-2024: Azərbaycan – İsveç – 3:0 (Bakı)
2024-cü il. Millətlər Liqası: Azərbaycan – Estoniya – 0:0 (Qəbələ)
2025-ci il. DÇ-2026: Azərbaycan – Fransa – 1:3 (Bakı)
