Premyer Liqanın iştirakçısı Ronaldonun ölkəsində neçə nəfəri gözaltı etdi?

09:40 Zirə 197
Premyer Liqanın iştirakçısı Ronaldonun ölkəsində neçə nəfəri gözaltı etdi?

«Zirə» hazırda Portuqaliyanın Birinci və İkinci Liqalarında çıxış edən 5-6 futbolçunu bəyənib.

Klubun skautinq şöbəsinin rəhbəri Eltun Yaqublu bu ölkəyə səfərdən «əlidolu» qayıdıb.

Kriştanu Ronaldonun vətənində keçirdiyi günlər ərzində hər iki liqanın bir sıra oyunlarını izləyən mütəxəssis onlar barədə baş məşqçi Rəşad Sadıqova raport hazırlayıb.

Qəsəbə təmsilçisinin baş seleksionerinin bəyəndiyi oyunçular əsasən perspektiv vəd edənlərdir. Onlar indi düşərgəyə cəlb olunmayacaq.

Gələn ilin yayında, yəni ki, növbəti mövsüm üçün nəzərdə tutulublar. Yaqublunun rəğbətini qazananlar bu müddətdə daim nəzarətdə saxlanılacaq.

«Zirə» Premyer Liqanın ilk dövrəsində 19 xal toplayıb. «Qartallar» bu göstərici ilə turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!