“Sabah” ilə oyunda iki nəfər olmayacaq - Biri yerli, digəri əcnəbi

07:40 Sumqayıt 43
“Sabah” ilə oyunda iki nəfər olmayacaq - Biri yerli, digəri əcnəbi

Misli Premyer Liqasının 12-ci turunda “Sabah”ı qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə və hücumçusu Jeam Oliveyra qarşıdakı oyunda iştirak edə bilməyəcək.

“Qəbələ” ilə matçda zədələnən “Sumqayıt”ın futbolçusu Jeam Oliveyra isə altı-səkkiz həftə ərzində kollektivdən ayrı düşəcək.

Səbuhi Abdullazadənin də təxminən beş ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Yarımmüdafiəçi Misli Premyer Liqasının birinci turunda “Neftçi”yə qarşı keçirilən matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Daha sonra dəhlizdə əli ilə şüşəni sındıran futbolçunun ayağına böyük şüşə parçası düşüb və o, ciddi zədə alıb.

“Sumqayıt” - “Sabah” qarşılaşması noyabrın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Hazırda “Sumqayıt” 10 xalla turnir cədvəlinin doqquzuncu, 21 xala malik “Sabah” isə ikinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!