14,3 milyon avroluq müdafiəçi transfer etdi – Premyer Liqa təmsilçisi

17 İyul 2024 15:40 İngiltərə 1 216
14,3 milyon avroluq müdafiəçi transfer etdi – Premyer Liqa təmsilçisi

Serbiyalı müdafiəçi Nikola Milenkoviç “Fiorentina”dan ayrılaraq, karyerasını İngiltərədə davam etdirməyə qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Nottingem Forest”ə keçib.

Milenkoviçin transferi İngiltərə klubuna 14,3 milyon avroya başa gəlib. Futbolçu tibbi müayinədən uğurla keçərək, müqavilə bağlayıb.

Serbiyalı futbolçu 2017-ci ildən “Fiorentina”nın rənglərini qoruyurdu. O, ötən mövsüm 50 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar