"Mançester Yunayted"dən Sançoya görə 120 milyon

5 Avqust 2020 09:42 İngiltərə 1 217
"Mançester Yunayted"dən Sançoya görə 120 milyon

"Mançester Yunayted" "Borussiya"nın vingeri Ceydon Sançonu transfer etməkdə israrlıdır.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund təmsilçisinin tələb etdiyi 120 milyon avronu ödəməyə hazırdır.

Lakin Mançester təmsilçis bu məbləği iki il ərzində ödəyəcəyini qarşı tərəfə çatdırıb. İngiltərə təmsilçisi 70 milyon avronu transfer reallaşanda, qalan 50 milyonu isə 2021-2022-ci illərdə ödəmək istəyir.

Bundesliqa klubu bu təklifə hələ ki cavab verməyib. "Borussiya" ingilis futbolçunu 2017-ci ildə "Mançester Siti"nin akdemiyasından 8 milyon avroya transfer etmişdi. 20 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı