“Mançester Siti” “Lans”ın qapıçısı Robin Risseri transfer etmək istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” Fransa millisinin ikinci qapıçısı olan futbolçu üçün “Lans”a 30 milyon avro təklif etməyi planlaşdırır.
Ancaq Fransa klubu 21 yaşlı qolkiperini 40 milyon avro dəyərində qiymətləndirir.
Risserlə İngiltərənin digər top-klubları – “Liverpul” və “Mançester Yunayted” də maraqlanır. Bundan başqa, İtaliya A Seriyasının təmsilçiləri “İnter” və “Yuventus” da onun xidmətində maraqlıdır.
Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 31 qol buraxıb və bir dəfə qapısını toxunulmaz saxlaya bilib.
