"Barselona"nın ulduzu Bakıda "Sabah"a matça çıxacaq?

"Barselona"nın ulduzu Bakıda "Sabah"a matça çıxacaq?

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo Çempionlar Liqasının 5-ci turunda Bakıda “Sabah”a qarşı keçiriləcək oyunda iştirak edə biləcək.

Sportinfo.az “AS”a istinadən xəbər verir ki, PSJ ilə matçda (2:4) zədələnən hücumameyilli yarımmüdafiəçinin noyabrın 22-də "Vilyarreal"a qarşı keçiriləcək oyuna qədər tam sağalacağı gözlənilir.

Bu qarşılaşmadan sonra "Barselona" "Sabah"la üz-üzə gəlmək üçün Bakıya səfər edəcək.

Noyabrın 25-də Bakıda baş tutacaq oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti