“Nottingem Forest”in hücumçusu İqor Jesusa digər klublardan maraq artmaqda davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu braziliyalı futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.
Klub hücumçunun transfer qiymətini 40 milyon avro müəyyənləşdirib. Bu məbləğin oyunçu ilə maraqlanan klubları transferdən çəkindirə biləcəyi ehtimal olunur.
Jesus bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədər qüvvədədir.
