"Qarşıda bizi gərgin iş gözləyir, amma vaxtımız olsa, mütləq onunla söhbət edəcəm”

18:40 İngiltərə 65
"Qarşıda bizi gərgin iş gözləyir, amma vaxtımız olsa, mütləq onunla söhbət edəcəm”

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino klubun sabiq çalışdırıcısı Aleks Ferqyusonla hələ danışmadığını, lakin yaxın günlərdə bunu etmək istədiyini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 84 yaşlı mütəxəssisə böyük hörmət bəslədiyini vurğulayıb:

“Hələ danışmamışıq, amma çərşənbə axşamından sonra bunun üçün mütləq fürsət yaranacaq. Mənim üçün Aleks Ferqyuson baş məşqçi və insan kimi dəyər verdiyim bütün xüsusiyyətləri özündə birləşdirir.

Onun dəyərləri mənimkilərlə üst-üstə düşür və ona böyük heyranlıq duyuram. Qarşıda bizi gərgin iş gözləyir, amma vaxtımız olsa, mütləq onunla söhbət edəcəm”.

Poçettino noyabrın 18-dən etibarən “Mançester Yunayted”dəki vəzifəsinin icrasına başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti