Premyer Liqa komandasının “sükan”ı danimarkalıya tapşıracaq?

15:40 İngiltərə 79
Premyer Liqa komandasının “sükan”ı danimarkalıya tapşıracaq?

“Kristal Pelas”ın rəhbərliyi “Tottenhem”in sabiq baş məşqçisi Tomas Frankla əlaqə saxlamaqda davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar çətin gedir.

Buna səbəb Frankın yüksək məvacib tələbi ilə çıxış etməsidir. Bildirilir ki, danimarkalı mütəxəssis London təmsilçisinə rəhbərlik etmək istəyirsə, maliyyə şərtlərində ciddi güzəştlərə getməli olacaq.

“Kristal Pelas”ın alternativ namizədi “Nottingem Forest”in sabiq baş məşqçisi Vitor Pereyradır. Klub portuqaliyalı mütəxəssislə də əlaqə saxlayır.

Premyer Liqada 10 turdan sonra 7 xal toplayan “Kristal Pelas” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti