“Neftçi” rəhbərliyi səxavətli davrandı, məbləği bir qədər də artırdı

13:00 Neftçi 79
“Neftçi” rəhbərliyi səxavətli davrandı, məbləği bir qədər də artırdı

«Neftçi» Premyer Liqanın ilk dövrəsini zirvədə bitirdi.

Bakıda «Kəpəz»i qəbul edən «ağ-qaralar» 1:0 hesablı qələbəyə sevindi.

Maracarıstanlı yarımmüdafiəçi Alen Şkribekin 67-ci dəqiqədə vurduğu qol komandasına yalnız 3 xal qazandırmayıb, eyni zamanda, 3000 manat qazandırıb.

Bu rəqəm göstərir ki, «Neftçi»də mükafat fondu artırılıb. Aydın olur ki, klub rəhbərliyi futbolçuları daha da ruhlandırmaq məqsədilə səxavət kisəsinin ağzını bir qədər də geniş açıb.

Qeydə alınan uğurlu nəticə bakılıların xal ehtiyatını 24-ə çatdırıb. Yuri Vernidubun çalışdırdığı kollektiv hazırda turnir cədvəlinin vahid lideridir.

Onlar ikinci-üçüncü sıraları bölüşdürən «Sabah»la «Turan Tovuz»u 3, dördüncü pillədəki «Qarabağ»ı 5 xal qabaqlayırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti