Xorvat müdafiəçini transfer etmək istəyir - “Liverpul”

00:10 İngiltərə 49
Xorvat müdafiəçini transfer etmək istəyir - “Liverpul”

“Brayton”un müdafiəçisi Luka Vuşkoviç karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunu “Liverpul” heyətinə qatmaq istəyir.

“Qırmızılar” müdafiəçinin transferini gələn ilin yayında reallaşdırmağı planlaşdırır.

Vuşkoviçin bazar dəyəri 65 milyon avro qiymətləndirilir. Onun “Brayton”la müqaviləsinin müddəti 2031-ci il iyunun sonuna qədərdir.

19 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...