Premyer Liqa klubu yeganə hücumçusu ilə “vidalaşmalı” oldu

11:00 Problem 120
Premyer Liqa klubu yeganə hücumçusu ilə “vidalaşmalı” oldu

«Şəfa»nın yeganə hücumçusu sıradan çıxıb.

Luis Felipe ən azı 6 ay yaşıl meydanlardan kənarda qalıb.

Braziliyalı Premyer Liqanın 11-ci turunun «Araz-Naxçıvan»la matçında (2:2) zədələnib. İlk hissəsində qasıq nahiyəsindən qasıq nahiyəsindən xəsarət alan forvard fasilədə əvəzlənib.

MRT müayinəsindən sonra cənubi amerikalı legionerin cərrahi müdaxiləyəyə ehtiyac duyacağı üzə çıxıb. 26 yaşlı «sambaçı» yaxın günlərdə ölkəsində əməliyyat olunacaq.

Bu ilin yayında paytaxt təmsilçisi ilə birillik müqavilə imzalayan ön xətt oyunçusunun bəxti heç cür gətirmir.

O, avqustda da zədə alaraq («Neftçi» ilə qarşılaşmada (1:4) ayağına dəyən zərbə nəticəsində), 2 aya yaxın müddətdə komandadan kənarda qalmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!