Maurisio Poçettino “Mançester Yunayted”lə anlaşma prosesinin necə baş tutduğunu açıqlayıb.
Argentinalı mütəxəssis İngiltərə klubundakı vəzifəsinin icrasına başlamazdan əvvəl ABŞ millisinin Haiti yığmasına qarşı keçirəcəyi iki oyunda komandanı çalışdıracaq.
Sportinfo.az “Centregoals”-a istinadən xəbər verir ki, Poçettino yeni qərarının karyerasındakı ən çətin addımlardan biri olduğunu bildirib:
“Karyeramın ən çətin qərarlarından biri idi. Bu qərarı vermək həqiqətən asan olmadı. Həmçinin, atdığımız bu addımdan həyəcanlıyıq.
Hər şey çox sürətlə baş verdi. İlk əlaqələr bazar günü günortadan sonra başladı.
Dünən hər şey dəqiqləşəndə bu barədə futbolçulara və məşqçi heyətinə məlumat verdim.
Ümid edirəm ki, “Mançester Yunayted”də də, ABŞ millisində olduğu kimi təsir göstərə və eyni bağlılığı yarada biləcəyik”.
“Mançester Yunayted” Poçettinonun rəhbərliyi altında ilk oyununu noyabrın 22-də, səfərdə “Liverpul”a qarşı keçirəcək.
